Qadını öldürən şəxs 14 nəfərə qarşı külli məbləğdə dələduzluq da edibmiş » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |     13:14 Sabunçuda binanın zirzəmisinə çirkab suları dolur: Sakinlər şikayətçidirlər - VİDEO  |     13:07 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?  |     13:01 Mask Britaniyanı "polis dövləti" adlandırdı  |     12:59 Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ  |     12:54 Düşmənin gizli postundan YENİ GÖRÜNTÜLƏR - VİDEO  |    

Qadını öldürən şəxs 14 nəfərə qarşı külli məbləğdə dələduzluq da edibmiş

Bakıda kirayədə yaşayan qadını qətlə yetirməkdə təqsirləndirilən Elnur Məhərrəmovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, qətllə yanaşı, digər cinayət əməlləri də törədib.

Belə ki, 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov 06 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, qəsdən sağlamlığa az ağır zərər vurub. Eyni zamanda o, 1 avqust 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək olan dövr ərzində paytaxtın Xətai rayonu və digər ərazilərdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə 14 nəfərə qarşı ümumilikdə 81 287 manatlıq dələduzluq edib.

Qətl hadisəsi də elə onun borclarının üstündə baş verib. İttihama görə, 11 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Elnur Məhərrəmov qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu 1975-ci il təvəllüdlü Kifayət İsayeva ilə kirayə yaşadığı ünvanda görüşüb, gecəni birlikdə qalıb. 12 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində birlikdə evdən çıxmaq üçün həmin mənzilin qonaq otağında zərərçəkmiş şəxsin hazırlaşmasını gözləyərkən onlar söhbət ediblər. Söhbət zamanı qadın yaşayış evini satıb, özünə yeni avtomobil alacağını deyib. Elnur isə bundan əsəbiləşərək Kifayətin evini sataraq ona borclarını ödəməsində köməklik edəcəyi barədə vədini xatırladıb. Sonra onların arasında mübahisə yaranıb. Elnur qadına ailəsinin dağılmasına, maddi vəziyyətinin pisləşərək borclanmasına səbəbkar olmasını bildirib. Zərərçəkmiş şəxs isə onun ünvanına təhqiramiz ifadələr işlədib. Bu zaman təqsirləndirilən şəxs otaqdakı dolabın üzərindən götürdüyü çilingər açarı ilə qadının baş nahiyəsindən zərbələr vuraraq onu öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Elnur Məhərrəmov tutularaq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            672 25.10.23 13:38