Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Malik Məmmədəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
İş hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2020-ci ilin avqust ayının 7-də Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu qısqanclıq zəmnində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanı bıçaqlayıb.
Qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirisə də, onun həyatını xilas etmək mümkün olmayıb.
M.Məmmədəliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.