Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.