Mojo.az Banner
21:56 Mozambikdə vəba nəticəsində ölənlərin sayı 48-ə yüksəldi  |     21:49 Fevralda bu BÜRCLƏR maddi rahatlıq tapacaqlar  |     21:40 Bakıda müğənninin dələduzluğa məruz qalması ilə bağlı yayılan məlumatlara DİN-dən reaksiya  |     21:20 Ağdamdakı cinayətin ŞOK təfərrüatı  |     21:11 Filippində bərə qəzasında ölənlərin sayı 36-ya çatdı  |     20:56 Goranboyda şagirdi döyən direktora cinayət işi açıldı  |     20:46 Azərbaycan incəsənətinə ağır itki:Xalq rəssamının qızı VƏFAT ETDİ  |     20:29 İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?  |     20:18 Sumqayıtda toyda faciə: 49 yaşlı kişi rəqs edərkən öldü  |     19:56 Çörəksiz bir ay - Bədəninizdə nə baş verir?  |     19:39 Arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı - Səbəb  |     19:27 Pakistanda törədilən hücumlarda 10 polis əməkdaşı həlak olub  |     19:17 Rusiyada azərbaycanlının 2 milyonluq evi ƏLİNDƏN ALINDI  |     19:09 Balakəndə kişi bu mesaja görə bacanağını və arvadını bıçaqladı - QISQANCLIQ  |     19:05 Azərbaycanda əhalinin bank əmanətləri artıb - RƏQƏMLƏR  |     18:57 İranın bir neçə şəhərində partlayışlar oldu - Video  |     18:42 Azərbaycanda ekstern imtahanları keçirildi  |     18:30 Həkim-xəstə qarşıdurması: Günahkar kimdir?  |     18:22 Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb  |     18:07 "Kəpəz" "Şamaxı"ya uduzdu  |    
Left Banner
Right Banner

Azərbaycan İranla sərhəddə əməliyyatlar keçirdi - FOTO

12.10.2021 13:02 1 935
Azərbaycan İranla sərhəddə əməliyyatlar keçirdi - FOTO
Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Sahil Mühafizəsi bölmələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təx­mini çə­kisi 102 kiloqram 424 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman pre­paratlarına bənzər maddələrin döv­lət sərhədindən qaçaq­malçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alın­ıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata ke­çi­rilmiş tədbirlər nəticəsində 11 oktyabr tarixində Biləsuvar rayonunun Biləsu­var kəndi istiqa­mə­tində dövlət sərhədinin yaxınlığında 4 ədəd bağlamadan təxmini çəkisi 19 kiloqram 600 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkarlanaraq götürülüb.

Həmin gün saat 20:40 radələrində eyni ərazidəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması sərhəd nar­yadı tərəfindən aşkar olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazilər qapadılıb, sərhəd naryadları tərəfindən sərhəd po­zu­cularının təqibi başlanılıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürül­üb.

Sərhəd pozucularından biri ərazidən uzaqlaşmağa çalışarkən üzərində idman çantası ilə saxlanılıb, digər iki nəfər isə sərhəd naryadlarının “Dayan” əm­rinə tabe olmayaraq əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, əra­zinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaç­ıblar.

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1988-ci il təvəllüdlü Şahmüqəddəm Cəfər Həsən olması müəyyənləşdirilib, onun əlindəki çantaya və ərazidən götürülən bağlamalara baxış zamanı təxmini çəkisi 35 kiloqram 590 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunub.

Oktyabr ayının 12-də saat 07:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin müha­fizəsini hə­yata keçirən sərhəd gözətçi gəmisi tərəfindən su səthində bir ədəd şüb­həli bağlama aş­kar­lanıb. Bağlamaya baxış zamanı ümumi çəkisi 47 kiloqram 234 qram nar­kotik vasitəyə, psixotrop tərkibli və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlar üzrə hazırda əməliyyat-istintaq tədbirləri həyata keçirilir.




скачать dle 11.3