Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakı polisindən əməliyyat: Saxlanılanlar var - VİDEO

04.10.2021 16:50 2 004
Bakı polisindən əməliyyat: Saxlanılanlar var - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha doqquz nəfər saxlanılıb, onlardan 36 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, idarənin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində keçirdikləri tədbir zamanı əvvəlcə paytaxt sakini İsmayıl Qədirov saxlanılıb.

Onun üzərinə baxış zamanı 12 qram, idarə etdiyi avtomobildən isə 4 kiloqram heroin aşkar edilib.

Binəqədi rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Məzahir Musayev də saxlanılıb. Onun üzərindən 24 qram, idarə etdiyi “Ravon” markalı maşından isə 2 kiloqram 50 qram heroin aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha üç nəfər - Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyev saxlanılıblar. Bu şəxslərin üzərində ümumilikdə 27 qram heroin və metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Nicat Quliyevin yaşadığı evdən 19 kiloqram 845 qram heroin və 635 qram metamfetamin aşkar edilərək götürülüb.

Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan İsmayıl Qədirov, Məzahir Musayev, Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyevin ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər.

Onların əsas məqsədləri müxtəlif vasitələrlə əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub. Bu şəxslər həmçinin narkotik maddələrin onlayn yolla satışından əldə olunan pul vəsaitlərini nağdlaşdırılmasına da nəzarət ediblər. Bununla saxlanılan İsmayıl Qədirov, Məzahir Musayev, Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyev narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsini həyata keçiriblər.

Həmin şəxslərin ətraflarında həyata keçirilən əməliyyat-texniki tədbirlərlə və əldə olunan digər sübutlar vasitəsi ilə onların cinayətləri təkzibedilməz faktlarla sübuta yetirilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi və onlayn yolla satışı ilə məşğul olan 4 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Nicat Bağırov, Məzahir Nuriyev, Ağarza Tağıyev, eləcə də Səfail Rzayev paytaxt və Lənkəran şəhəri ərazilərində tutulublar. Nicat Bağırovdan 3 kiloqram yaxın heroin, 341 qram marixuana, 158 qram metamfetamin, 17 qram həşiş, 1 ədəd elektron tərəzi, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi 1 ədəd bank kartı və içərisində narkotiklərin satışı ilə bağlı qeydlər apardığı dəftər aşkar edilib. Məzahim Nuriyevin üzərindən və idarə etdiyi avtomobildən isə 4 kiloqram 143 qram heroin, 367 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin, 300 ədəd psixotrop tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar olunub. Əməliyyatlar zamanı saxlanılan Ağarza Tağızadə və Səfail Rzayevdən isə ümumilikdə 25 qram heroin və metamfetamin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 36 kiloqrama yaxın ağır tərkibli narkotik vasitələr və psixotrop maddələr, həmçinin 300 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Son xəbərlər