“Ordan bir yox, dörd-beş meyit çıxa bilərdi”- SENSASİYALI AÇIQLAMA + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |    

“Ordan bir yox, dörd-beş meyit çıxa bilərdi”- SENSASİYALI AÇIQLAMA + FOTO

“Son iki gündür sosial şəbəkələrdə paylaşılan, müzakirə edilən hadisə məni çox sarsıtdı. Xüsusilə də uşaqların vəziyyəti, onların aqibəti nə olacaq? Hadisənin baş verdiyi yer - Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi ilə əlaqə saxladım və mənə qısa məlumatlar verildi”.

Bu sözləri oxu.az-a açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədovun xidməti silahla 27 yaşlı həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirdiyi hadisə ilə bağlı deyib.

O təəssüflə bildirib ki, dəhşətli faciə baş versə də, kütlə qadının əxlaqını, kişinin isə şəhid ailəsi olması ilə bağlı müzakirələr aparır:

“Hadisə barədə sosial şəbəkədə oxuduğum şərhlər məni dəhşətə gətirib. Tanımadığınız, bilmədiyiniz insanların əxlaqı, yaşayış tərzi barədə necə fikir bildirə bilirsiniz? Qadının əxlaqı barədə bilib-bilmədən danışmaq olmaz. Polis şəhid ailəsidir deyə, onun etdiyi cinayətə haqq qazandırılmalıdır? Hər kəs istədiyini danışır, yazır. Belə olmaz, çünki heç bir qurum ideal deyil, ola da bilməz. 10 il Daxili İşlər Nazirliyində İnsan Alverinə qarşı Baş İdarəsi ilə əməkdaşlıq etmişəm. Təqsirləndirilənlə, zərərçəkmişlə də işləmişəm. Hazırda istintaq gedir. Qadının ailəsində böyük bir faciə yaşanır, onları da başa düşmək lazımdır. İki uşaq var ortada, onların aqibətini düşünmək, onlara psixoloji yardım edilməlidir. “Polis hara baxır” ifadəsi heç nəyi həll etmir. Mən sizə deyim, polis hara baxır.


Bu hadisənin və ya bənzər hadisələrin - hansılara ki, reaksiya vermişəm, - heç biri mənim əzizim, yaxınım deyil. Mən sizə prosesin gedişatını deyirəm. Əgər hər hansı polis əməkdaşı barəsində, üstəlik həmin şöbədə çalışan şəxs barəsində şikayət varsa, bu işi tədqiqatçı apara bilməz. İzahatı başqa qurum aparmalıdır. Mənə verilən məlumata görə, qadın izahatını yazmağa gələndə həyat yoldaşının polis əməkdaşı olduğunu deməyib”.

K.Ağazadə bildirir ki, əldə etdiyi məlumatlara görə, şikayət zamanı ünvan məsələsində yanlışlıq olub:

“Ünvan məsləsində yanlışlıq olduğu üçün qadın öz istəyi ilə gedib izahat yazmağa. Bildiyim qədər bu gün qadın dəfn edilməli idi, ailənin dərdini anlamaq lazımdır. Fikir yazan hər kəs birinci bunu düşünməlidir, sonra isə instintaqın gedişinə mane ola biləcək şərhlərdən çəkinməlidir. Heç bir halda insan döyülməməlidir. Adi bir şillə belə varsa, bunun ardınca təpik gələcək. Bu şiddətə, zorakılığa bir son verilməlidir. Bu qətl hadisəsi artıq yuxarı səviyyədə araşdırılır”.

K.Ağazadə qeyd edir ki, onda olan məlumatlara görə, İ.Məmmədov hadisə yerinə gələndə artıq həyat yoldaşının orada olduğundan məlumatlı olub:

“Təəssüf ki, bu hadisə öz-özlüyündə bəzi boşluqları da ortaya çıxardı. Ümumiyyətlə, bəzi qurumlarda qaydalar var, içəri daxil olanda telefonlar təhvil verilir. Əgər söhbət silahdan gedirsə, (ÇPA, PPX, Əməliyyat qrupları və s. - Oxu.Az) güc strukturlarında xidməti silahların saxlanması üçün yerlər var. O gün polislər də öldürülə bilərdi. Bu hadisə güc strukturlarında bəzi boşluqlarla bağlı ciddi siqnal oldu. Ümid edirəm ki, bundan sonra bəzi məsələlər öz həllini tapacaq, yenidən baxılacaq.

Qadının yoldaşı həmin gün növbədə olub. Növbətçi hissə məlumatlı olsaydı, silahını almalıydı. İndi növbətçi hissəni günahlandırırsızsa, deyin görək yaxşı, silahı alıb hara qoymalıydı? Tədqiqatçı bilməyib axı gələn kimdir, görəndə ki, gələn polisdir, dərhal bildirib ki, içəriyə girə bilməzsiniz, sizin izahatınız sonra alınacaq. Tədqiqatçı onu içəri buraxmadığı halda, “oğlumu görüm çıxım” deyərək, qəfl içəri daxil olub və atəş açıb.

Mən öyrəndim ki, tədqiqatçı olmasaydı, ordan bir yox, bəlkə də 4-5 meyit çıxa bilərdi. Tədqiqatçı cəld oğlanı - İsmayılı tutub ki, ətrafa saçılan güllələr uşaqlara, özünə və ya ordakı başqa kiməsə dəyməsin. Hadisəyə kənardan baxıb əsassız fikirlər yazmaq lazım deyil. Bu, birinci hadisə olmayıb, əvvəllər də qadını döyürdü. Ailələri də bu hadisələri bilirdi.

Əgər burada günahkar axtarılırsa, o da qətli törədəndir. Onun da bu vəziyyətə gəlməsinin səbəbi var. İllər əvvəl adamın atası Xocalıda şəhid olub. Bu travma ilə ona kim kömək etmişdi? Qətli görən bir uşaq onu illər sonra özü ailə münaqişəsində həyata keçirdi. Amma bizim düşmənimiz erməni idi, ailə yox. Həmin travma bu gün o oğlanın qatil olmasına gətirib çıxardı. İndi isə onun 7 yaşlı və 3 yaşlı iki uşağı qətlə şahid oldu. O uşaqların psixologiyasına bu həkk olundu. İndi o uşaqlara psixoloji yardım edilməsə sonu yaxşı olamayacaq. Uşaqları hadisə şahidi olan xalaya veriblər. O qadın da travma yaşayıb, ona da kömək lazımdır. Uşaqların bir müddət reabilitasiyası üçün şərait yaradılmalıdır. Amma uşaq bu gün anasının dəfnini görür. Sadəcə olaraq cəmiyyət olaraq bilib-bilmədən fikirlər yazmaqsansa, istintaqın sonlanmasını gözləməliyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            999 02.10.21 19:20