Polis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı gizlinləri açdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Polis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı gizlinləri açdı

“Bacım polis bölməsində, bibimin və iki azyaşlı uşağının gözü qabağında qətlə yetirilib”.

Bu sözləri ötən gün Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahdan atəş açaraq qətlə yetirdiyi Xanım Məmmədovanın qardaşı Əliyev Aqil Musa oğlu Oxu.Az-a açıqlamasında deyib.

O bildirib ki, bacısı 27 yaşlı Məmmədova Xanım Musa qızı həyat yoldaşından uzun müddət şiddət görüb:

“Dəfələrlə ailələrində qısqanclıq üstündə mübahisələri olurdu. Hər dəfə də ailədir, söz-söhbət olar deyib, bir yol tapıb barışırdı. Bacım dəfələrlə döyülüb. İki il əvvəl dubinka ilə bacımı bərk döymüşdü. Atamgildə qaldı. Sonra atamgil dedilər ki, ailədir, iki uşaq var, boşanmasın. Ailəsi dağılmasın deyə barışdırdılar. Bir il, il yarım ailəsində hər şey normallaşdı. Sonra yenə başladı həmin problemlər. Oğlu birinci sinfə gedir. Yenə qısqanclıq zəminində problemlər başladı və ailəsində söz-söhbət döyülməyə qədər gətirib çıxardı”.

A.Məmmədov deyir ki, İsmayıl Məmmədov qısqanclıq zəminində Xanım Məmmədovanı döysə də, mobil telefonu da özü alıb vermişdi. Növbəti qısqanclıq da elə buradan başlayıb:

“Bacıma mobil telefon alıb və “WhatsApp” tətbiqi yükləyib. O da orada oğlunun sinfinin valideynlər qrupunda yazışıb. Müəllimlər ilə uşağın dərsi ilə bağlı danışıblar. Gəlib deyib ki, “niyə məktəbi bəhanə edib başqa valideynlərlə danışırsan?” Qətlə yetirməzdən iki gün əvvəl bacımı möhkəm döyüb, qapını da bağlayıb gedib. Özləri kirayədə qalırdılar. Evdə qapının ikinci açarı olub. O işə gedəndən sonra bacım uşaqları da götürüb gedib bibimgilə. Bibimə deyib ki, “bu dəfə sondur, daha dözə bilmirəm, boşanacam”. 6 ildir qaldıqları evdə bacımı dustaq kimi saxlayıb. Bacım bəzi şeyləri bizdən gizlədib ki, ailəsi dağılmasın, biz narahat olmayaq.

Bibimgildə bizimlə danışdı, dedi ki, polisə ərizə yazacam. Biz dedik ki, vermə polisə, çıx gəl yanımıza, boşanarsan. Dedi ki, yox, artıq dözə bilmirəm. Axşam 102 Çağrı Mərkəzinə yığıb şikayət edib, onlar da ərazi üzrə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə çağırıb. Bacım deyib ki, qorxuram, gəlmək istəmirəm, siz şikayətimi qəbul edin, sonra gəlib ərizə yazaram. Onlar isə deyib ki, sizin təhlükəsizliyiniz tam təmin ediləcək, narahat olmayın. Sentyabrın 30-da bacım iki uşağı və bibimi də götürüb səhər saat 8-də gedib Şöbəyə. Şöbədə tədqiqatçının yanında ərizə yazıb. Daha sonra tədqiqatçı deyib ki, yoldaşınızı da çağıraq, onun da izahatını alaq. Bacım yalvarıb ki, çağırmayın, mən gedim, sonra onun izahatını alarsınız. Tədqiqatçı isə deyib ki, “narahat olmayın, polis şöbəsindəsiniz və mən polis mayoruyam, burqda sizə heç kim heç nə edə bilməz”.

A.Məmmədov deyir ki, tədqiqatçı İsmayıl Məmmədovu çağıranda polis maşınında dolu və atəşə hazır vəziyyətdə olan silahla otağa girib:

“Birinci otağa girəndə buraxmayıblar. O da deyib ki, oğlumu görüb, çıxacam. Elə qapını açıb, əyilib oğlunu öpəndə tez silahı çəkib bacımı vurub. Boğazdan aşağı bacıma 7 dəfə atəş açıb. Tədqiqatçı hadisə yerindən təxminən 10 metr aralıda olub. Tədqiqatçı qaçıb gələnə qədər bütün darağı boşaldıb. Oğlan şəhid ailəsidir, Xocalıdan olublar. Özü əvvəllər narkotik vasitə istifadəçisi olub. Dəfələrlə bacımı döyüb, söyüb, təhqir edib.

Bacımın meyiti ekspertizaya verilib. Bədənindən 6 güllə çıxarılıb, bir gülləni hələ çıxarmayıblar. Saat 12:00-da atamgil bacımın meyitini götürüb, gəlməlidirlər rayona. Atam uşaqları öz himayəsinə götürüb”.

A.Məmmədov deyir ki, bacısının azyaşlı oğlu hadisənin şokundadır:

“Balaca qızının 3 yaşı var, oğlu birinci sinfə gedir. Polis əməkdaşı bacımın oğlundan izahat alıb. Uşaq deyib ki, “atam anamı tapança ilə vurdu”. İndi o uşaqların psixologiyası necə olacaq? Bu uşaqların yetim qalmasında orada olan hər kəsin az da olsa günahı var”.

Qeyd edək ki, hadisədən sonra İ.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            639 01.10.21 14:11