Bakıda usta təmir etdiyi evi yardı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:36 Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”  |     18:29 Yağış sakinləri evləri ilə birlikdə su altında qoydu - VİDEO  |     18:17 Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanılıblar - VİDEO  |     18:07 Azərbaycanda 27 yaşlı oğlan qəfil öldü - FOTO  |     17:58 Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatıb  |     17:44 Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib  |     17:32 Bortnikov: “Moskvadakı “Crocus City Hall”da baş verən terror aktının əsas təşkilatçısı xaricdədir”  |     17:21 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər  |     17:04 Narkotikin təsiri altında avtomobil sürənlər SAXLANILDI - FOTO  |     16:55 Deputatlar yeni kompüterlərlə təmin olunublar  |     16:51 “Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib  |     16:39 Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib  |     16:37 Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb  |     16:33 Sumqayıtda təhsil müəssisəsində qanunsuzluq: 200 min manatdan artıq mənimsəmə  |     16:24 Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ  |     16:22 Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi  |     16:16 Rusiya səfiri Fransa XİN-ə çağırılıb  |     16:03 Keçmiş baş nazir vəzifəsindən azad edildi  |     16:01 Deputat: “Bir neçə yaxın dostum spirtdən düzələn arağa görə həyatını itirib”  |     15:14 Bakının bu məşhur bazarı söküləcək  |    

Bakıda usta təmir etdiyi evi yardı - VİDEO

Nərimanov rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs evə daxil olaraq oradan ümumi dəyəri 24 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Zərərçəkən ev sahibi bu barədə polisə müraciət edəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ruslan Əzimov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Həmin şəxsdən oğurladığı qızıl-zinət əşyalarının bir hissəsi aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Ruslan Əzimov oğurluq etdiyi evdə bir müddət əvvəl usta kimi işləyib. Bu səbəbdən mənzilə daxil olmağın yolları barədə onda məlumat olub.

Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində müxtəlif vaxtlarda bir kafedən 700 manat dəyərində televizor, eləcə də yeni tikilməkdə olan binaların birindən 1000 manat dəyərində təmir-tikinti alətləri oğurlayan Ümid Bayramov və Füzuli Hüseynov da saxlanılıb.

Hər iki şəxs ifadələrində etdikləri oğurluqları etiraf ediblər.

Qeyd edilən oğurluq hadisələri ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb araşdırmalar davam etdirilir.

Gördüyünüz şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsi və ya ərazi üzrə polis orqanlarına müraciət edə bilərlər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            912 25.09.21 17:03