Tərtər rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən məişət əşyalarının oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq əməlini törətməkdə şübhəli bilinən, rayon sakini Məhsuni Xanlarov saxlanılıb.
Araşdırmalarla onun xeyli sayda məişət əşyaları oğurlamaqla vətəndaşa 3 000 manat dəyərində ziyan vurduğu müəyyən olunub. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.