Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb.
Prosesdə zərərçəkmiş ifadələri dinlənilib.
Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-cu il təvəllüdlü Rahimi Mahdi cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2019-cu il iyunun 21-də saat 16 radələrində kirayə yaşadığı ünvanda uşağının 40 gününün çıxması münasibəti ilə keçirdiyi qonaqlıq zamanı özünə məxsus yataq otağında 14 yaşına çatmayan 2009-cu il təvəllüdlü tanışının köməksiz vəziyyətindən istifadə edib, əli ilə qolundan dartaraq zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Rahimi Mahdi elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, evinə qonaq gəlmiş yeniyetmə övladı ilə otağında olarkən həmin şəxs uşağı qucağına almaq istədikdə körpənin yıxılacağından qorxduğu üçün onun əlindən tutub. O, hər hansı zor tətbiq etməyib.
İstintaq orqanı tərəfindən Rahimi Mahdi Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.