Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Belə ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu 1-ci mədən 9-cu korpus ərazisində baş verib.
1990-cı il təvəllüdlü Elnar Qədimov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Qədimovu boğazından vurub. Sonuncu hadisə yerində ölüb.
Məlumata görə, mübahisəyə səbəb E.Qədimovun yeniyetmənin ünvanına nalayiq ifadə işlətməsi olub.
Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.
//APA