Arvadına 10 bıçaq zərbəsi vuran şəxs CƏZALANDIRILDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |     13:14 Sabunçuda binanın zirzəmisinə çirkab suları dolur: Sakinlər şikayətçidirlər - VİDEO  |     13:07 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?  |     13:01 Mask Britaniyanı "polis dövləti" adlandırdı  |     12:59 Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ  |     12:54 Düşmənin gizli postundan YENİ GÖRÜNTÜLƏR - VİDEO  |    

Arvadına 10 bıçaq zərbəsi vuran şəxs CƏZALANDIRILDI

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəxtiyar Məcidlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B.Məcidli 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır.

İttihama görə, hadisə bu ilin fevral ayının 4-də Gəncə şəhərinin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 1997-ci il təvəllüdlü Aytac Məcidli çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 10 bıçaq xəsarəti alan qadın dərhal əməliyyat edilib və onun həyatını xilas etmək mümkün olub.

Daha sonra A.Məcidlini onun həyat yoldaşı B.Məcidli tərəfindən bıçaqlandığı məlum olub.

İstintaq orqanı tərəfindən B.Məcidlinin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            567 11.09.21 14:35