Qazaxda 50 yaşlı kişinin öz-özünə xəsarət yetirdiyi ehtimal olunur.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1971-ci il təvəllüdlü Amil İslam oğlu Qurbanov axşam saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun kəsici alətlə özünə xəsarət yetirdiyi ehtimal olunur.
Belə ki, yaxınlarının bildirdiyinə görə, o əvvəl də özünə xəsarət yetirib. Buna səbəb həyat yoldaşının ondan boşanmaq istəməsidir. Ehtimal olunur ki, A.Qurbanov bu səbəbdən özünə xəsarət yetirib.
Yaralı əməliyyat edilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.