Goranboy rayonunda orta yaşlı kişi bıçaq xəsarəti alıb.
Hadisə Goranboy şəhərində qeydə alınıb. Bıçaq xəsarəti alan orta yaşlı kişi, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Bıçaqlanan şəxsin 1956-cı il təvəllüdlü Rasim Ağa oğlu Əkbərov olduğu deyilir.
Rasim Əkbərovu bıçaqlamaqda şübhəli bilinən Xaliq Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.