Xaçmazda polis əməliyyat keçirdi: Saxlanılanlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:07 Yeni Kaledoniyada iğtişaşlar zamanı 150 milyon avroluq ziyan dəyib  |     20:01 AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıb  |     19:54 Moskvada “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert keçirilib  |     19:53 “Ağ çiçəyim”dən geriyə qalanlar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO  |     19:46 Nobel laureatları İranı məsuliyyətə cəlb etməyə çağırıblar  |     19:38 Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?  |     19:17 Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib  |     19:11 Türkiyədə 120 nəfər qidadan zəhərlənib  |     19:06 “Yuventus” 15-ci dəfə İtaliya Kubokunu qazanıb  |     18:59 Peruda transgenderlər psixi pozğunluğu olan insanlar kimi təsnif ediləcək  |     18:51 Rusiya klubunun 15 yaşlı oyunçusu faciəvi şəkildə vəfat edib  |     18:40 Nikolo Zanyolo İtaliya millisindən kənarlaşdırılıb  |     18:07 Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu AÇIQLADI  |     17:52 Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı - FOTO  |     17:42 "Molokan" bağının ətrafı niyə "HASARLANIB"? - BŞİH səbəbi AÇIQLADI (FOTO)  |     17:38 Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq  |     17:36 DİQQƏT - Sabah Azərbaycanda 12 mindən çox abonentin qazı kəsiləcək  |     17:33 Bu teatrlara “milli” statusu VERİLDİ  |     17:27 Bu tibb məntəqəsində rentgen müayinəsi dayandırıldı - FOTO  |     17:16 Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ  |    

Xaçmazda polis əməliyyat keçirdi: Saxlanılanlar var

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun məlumatına görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Əlsafa Hüseynov saxlanılıb. Həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 60 kiloqrama yaxın yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi və ümumi çəkisi yeddi kiloqramdan çox olan marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Zahid Tahirov saxlanılıb. Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman 22 ədəd kibrit qutusunda marixuana, 42 ədəd bükümdə heroin, “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            399 04.09.21 15:41