“Facebook”da tanış olduğu qadını qətlə yetirən şəxsə hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

“Facebook”da tanış olduğu qadını qətlə yetirən şəxsə hökm oxundu

2018-ci il avqustun 10-da Buzovna qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı baş tutan məhkəmə iclası yekunlaşıb.

Belə ki, daxil olan məlumat əsasında Xəzər Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, keçid 2151-də yerləşən 1 nömrəli yataqxananın qarşısına cəlb olunublar. Hadisə yerində baxış keçirilərkən iki ədəd bıçaq və qan ləkələri aşkar edilib.

Məlum olub ki, 5 nömrəli mənzildə yaşayan 1994-cü il təvəllüdlü Səkinə Hümbətova aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Xəzər Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu şəhər sakini 1991-ci il təvəllüdlü Zəfər Mərdanov tərəfindən törədilməsi, onun tanışı Zülfiyyə Şiriyeva ilə birgə, sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb getmələri müəyyən edilib.

Avqustun 12-də Zəfər Mərdanov şübhəli şəxs qismində tutulub və törətdiyi cinayət əməlini etiraf edib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Z.Mərdanov bildirib ki, Səkinə Hümbətova ilə hadisədən təxminən 6 ay əvvəl “Facebook” sosial şəbəkəsində tanış olub. Əvvəl adının Emil olduğunu bildirib, həmin sosial şəbəkədə bir neçə dəfə bir-birilərinə mesaj göndərdikdən sonra qadın öz telefon nömrəsini ona verib. Səkinə əvvəllər evli olub boşandığını, dörd yaşlı qızının olduğunu deyib. Mobil telefonla danışdıqdan iki gün sonra S.Hümbətova onu Buzovna qəsəbəsində yaşadığı evə dəvət edib. O, S.Hümbətovayla mütəmadi görüşməyə başlayıb, ona qarşı sevgi hissləri yaranıb. Avqustun 9-da S.Hümbətova zənglərinə cavab vermədiyi üçün, onun əmisi qızı Sevinclə əlaqə saxlayıb. Sonuncuya S.Hümbətovanın zənglərinə cavab vermədiyini söylədikdə, qız qohumunun onu artıq sevmədiyini və ayrılmaq istədiyini deyib.

Z.Mərdanov S.Hümbətova hansı səbəbə görə onu sevmədiyi haqda düşünüb, ayrılmaq istəmədiyi üçün ona xəsarət yetirmək qərarına gəlib və son görüşlərində qadını bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törətdikdən sonra o, Kürdəmir rayonunda yaşayan bacısının yanına yollanıb.

Avqustun 12-də Bakıya qayıdıb və Xəzər Rayon Polis İdarəsinə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            339 03.09.21 17:21