Qobustanda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |     13:14 Sabunçuda binanın zirzəmisinə çirkab suları dolur: Sakinlər şikayətçidirlər - VİDEO  |     13:07 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?  |     13:01 Mask Britaniyanı "polis dövləti" adlandırdı  |     12:59 Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ  |    

Qobustanda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

2021-ci il martın 18-i Qobustan rayon ərazisində 1986-cı il təvəllüdlü rayon sakini Billurə Rəsulovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Qobustan Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rasulov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Billurə Rəsulovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

İş üzrə toplanmış sübutlar əsasında Elnur Rasulova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 149 03.09.21 16:36