Saatlıda narkotik əkib-becərən şəxs “iş başında” saxlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:34 Azərbaycanlı aparıcıya ağır itki  |     16:19 Suqovuşan su anbarına balıq körpələri buraxılıb  |     16:05 FHN azyaşlıları xilas etdi - VİDEO  |     15:53 Xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? - RƏSMİ AÇIQLAMA  |     15:51 Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb  |     15:38 Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək  |     15:35 Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO  |     15:18 Kəlbəcərdə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     15:04 Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO  |     15:03 Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib  |     15:01 Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA  |     14:29 Dilan Polat həbsxanada intihara cəhd edib  |     14:16 Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı  |     13:13 Sabah hava necə olacaq? - PROQNOZ  |     13:11 Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO  |     12:36 Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU  |     12:24 Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi  |     12:22 Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq  |     12:21 Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?  |     12:19 Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək  |    

Saatlıda narkotik əkib-becərən şəxs “iş başında” saxlandı

Saatlı rayonunda narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinə Orta Muğan kəndi ərazisində yerləşən çöllük sahədə narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal həmin ərazi əməliyyat nəzarətinə götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan həmin kənd sakini, 34 yaşlı Elşən Maxadinov “iş başında” saxlanılıb.

Həmin əraziyə keçirdikləri baxış zamanı isə oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 32 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            591 30.08.21 13:58