Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Əliyev Səbail rayonu ərazisində saxlanılıb.
Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Şəxsi axtarış aparılan zaman ondan 4 kiloqram 10 qram heroin və bir ədəd plastik kart aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.