Masallı rayonunda qohumlar arasında dava düşüb, bir nəfər bıçaqlanıb.
“Report” xəbər verir ki, hadisə rayonun Şərəfə kəndində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Əzizov Pərviz Təhmasib oğlu əmisi arvadı ilə mübahisə edib.
Mübahisə dava ilə nəticələnib və P. Əzizov əmisi nəvəsi tərəfindən bıçaqlanıb.
Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin qohumlar arasında torpaq sahəsi üstündə baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.