Qazax rayonunda bıçaqlanan şəxs xəstəxanada ölüb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Qazax sakini olan kişi bıçaq xəsarəti ilə xəstəxanaya aparılıb. O aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
Ölən şəxsin kimliyi və hadisənin təfərrüatları hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.