Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhər sakini Elçin Məmmədovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Baxış zamanı oradan ümumi çəkisi 25 kiloqram 965 qram olan 17 ədəd çətənə kolu aşkar olunub.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Faktlarla bağlı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.