Bakıda evdən oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4800 ABŞ dolları (təxminən 8 min manat) və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qocayeva müəyyən edilərək saxlanılıb.