Bakıda əcnəbinin 8 min dollar dəyərində əşyaları oğurlanıb.
Median.Az ''Qafqazinfo''ya istinadən xəbər verir ki, hadisə iyulun 12-də Səbail rayonu ərazisində baş verib.
Belə ki, xarici vətəndaş polisə müraciət edərək özünə məxsus 8 min ABŞ dolları dəyərində qol saatının, mobil telefon və idman ayaqqabısının oğurlandığını bildirib.
Oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Həsənov saxlanılıb.