Rusiya polisi 2016-cı ildə Almaniyanın Saarbrükken şəhərindəki əyləncə mərkəzində qumbara partladan Azərbaycan vətəndaşını almaniyalı həmkarlarına təhvil veriblər.
"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün Moskvanın M.V.Lomonosov adına Domodedovo hava limanında Elşad Qulammirzəyev kimi də tanınan Azərbaycan Respublikasının vətəndaşı Elşad Əzizov, Almaniya Federativ Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.
O, 2016-cı ildə Saarbrükken şəhərində insanların olduğu əyləncə mərkəzinin girişində qumbara partladıb.
Soyğunçuluq etdiyi üçün 2018-ci ildə Nijni Novqorod şəhərində tutulan E. Əzizov 3,5 il müddətinə həbs edilib. Həbs müddəti bitdiyi üçün Almaniyaya ekstradisiya edilib.