Prokurorun 11 il cəza tələb etdiyi iş adamı bəraət aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Prokurorun 11 il cəza tələb etdiyi iş adamı bəraət aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Müşfiq Muxtarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Muxtarova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

O, 2020-ci ilin sentyabrında həbs olunub. Məhkəmədə prokuror onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

M.Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

İttihama əsasən, M.Muxtarov Loğman Hacıyevdən xaricdən qızıl külçələr gətirib, qazanc əldə etmək adıyla üç dəfəyə 2 milyon 19 min pul alıb və qaytarmayıb.

M.Muxtarov isə özünü təqsirli bilməyərək ifadəsində bildirib ki, L.Hacıyev birgə biznes məqsədilə ona cəmi 1 milyon 600 min manat pul verib. İş adamının sözlərinə görə, bunun müqabilində də 200 min qazanc götürüb: “Devalvasiyadan sonra işlərin yaxşı getmədiyini, qazanc olmadığını gördüm və 1 milyon 600 min manatını qaytardım. O, devalvasiya olduğunu əsas gətirib, məndən pulu dolların əvvəlki kursuyla hesablayıb, tələb etməyə başladı. Görəndə ki, məndən əlavə pul ala bilmir, əsassız şikayətlər yazmağa başladı”.

L.Hacıyev isə dindirilən zaman deyib ki,M.Muxtarova verdiyi pulun 810 min manatı özünün, 741 min manatı qardaşının, 468 min manatı isə başqa Müzəffər Həsənov adlı tanışının olub. Onlar da qızıl külçə biznesinə sərmayə yatırmaq məqsədilə pul veriblər.

M.Muxtarov isə bunu da təkzib edərək deyib ki, əksinə, Loğman Hacıyev ona birgə işlərindən qardaşı və başqa tanıdıqlarının xəbərinin olmamasını istəmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            945 08.07.21 15:51