Bakıda 41 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən evdə baş verib.
Rusiya vətəndaşı 1980-ci il təvəllüdlü Nataliya Vladimirovna Vorobyova qeyri-rəsmi nikah münasibətində yaşadığı əri, 1978-ci il təvəllüdlü Vitali Eduardoviç Tokariyevi sinəsindən bıçaqlayıb.
Xəstəxanaya yerləşdirilən V.Tokariyevin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.