Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə çayının sol sahilində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, ümumi çəkisi 1306 kiloqramdan artıq olan, 40 201 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.