Azərbaycanda dəhşətli hadisə: Bacı qardaşını bıçaqlayaraq qətlə yetirdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:01 Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb  |     21:56 Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır  |     21:50 Yeni qərar qiymət artımına təsir edəcək?  |     21:38 Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI  |     21:30 Azərbaycanda yaşayan ukraynalılar Kiyevə dəstək bəyanatı ilə çıxış ediblər  |     21:22 Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb  |     21:15 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb  |     21:10 "Barselona" klubu Pedrini satışa çıxaracaq  |     21:02 Qanunsuz balıq ovu edənlər saxlanılıb  |     20:55 Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb  |     20:46 Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər  |     20:37 Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib  |     20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |     20:19 Bakıda avtomobil 63 yaşlı qadını vurub  |     20:13 Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb  |     20:05 Bakıda yol qəzasında bir neçə nəfər xəsarət alıb  |     19:59 Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO  |     19:47 Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər  |     19:41 Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO  |     19:33 Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO  |    

Azərbaycanda dəhşətli hadisə: Bacı qardaşını bıçaqlayaraq qətlə yetirdi - VİDEO

Ağdaş rayonunda ailə münaqişəsi zəminində qətl törədilib.

Baku TV xəbər verir ki, hadisə rayonun Xosrov kəndində baş verib.

33 yaşlı kənd sakini Xancan Umarovun bıçaqlanaraq öldürülməsi barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə yerinə Ağdaş rayon polis və prokurorluq əməkdaşları cəlb edilib.

Əraziyə və meyitə baxış keçirilib. Araşdırmalar zamanı məlum olub ki, zərərçəkmiş şəxsin bacısı 24 yaşlı Ülkər Ələkbərova qardaşı Xancan Umarovla şəxsi münasibətlər zəminində mübahisə edib.

Aralarında yaranmış mübahisə zamanı Ülkər Xancana bıçaqla xəsarətlər yetirib. Çoxsaylı bıçaq xəsarətləri alan Xancan Umarov hadisə yerində keçinib.

Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            642 14.11.20 13:41