Bakıda kafe və mağazalardan oğurluq edən üç qardaş saxlanılıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi  |     22:32 Bakıda yeni magistral yol salınır: Bu obyektlər söküləcək - Video  |     22:29 Sabah Saatlının 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır  |     22:25 İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub  |     22:19 Rus ordusu daha bir kəndi ələ keçirdi  |     22:13 Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı  |     22:01 Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb  |     21:56 Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır  |     21:50 Yeni qərar qiymət artımına təsir edəcək?  |     21:38 Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI  |     21:30 Azərbaycanda yaşayan ukraynalılar Kiyevə dəstək bəyanatı ilə çıxış ediblər  |     21:22 Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb  |     21:15 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb  |     21:10 "Barselona" klubu Pedrini satışa çıxaracaq  |     21:02 Qanunsuz balıq ovu edənlər saxlanılıb  |     20:55 Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb  |     20:46 Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər  |     20:37 Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib  |     20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |     20:19 Bakıda avtomobil 63 yaşlı qadını vurub  |    

Bakıda kafe və mağazalardan oğurluq edən üç qardaş saxlanılıb - FOTO

Səbail rayonu 20-ci sahə ərazisində yaşayan Ramin Tağıyev polisə müraciət edərək bildirib ki, ona məxsus mağazanın giriş qapısı naməlum şəxslər tərəfindən sındırılaraq içəridən 300 manat pul və 1700 manat dəyərində müxtəlif tütün məmulatları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı dərhal Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri Vüsal, Namiq və Zamiq Vəliyev qardaşları saxlanılıblar. Onlar ifadələrində Səbail rayonunda daha iki mağaza və bir kafedən kosmetik vasitələr, ətirlər, televizor və ərzaq məhsulları oğurladıqlarını bildiriblər. Qardaşlar oğurluq etdikləri dörd obyektə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurublar.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 8-ci Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vüsal, Namiq və Zamiq Vəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar varsa Səbail RPİ-nin 8-ci Polis Bölməsinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            702 02.11.20 13:33