Azərbaycanda dəhşət: Ruhi xəstə atasını baltaladı - YENİLƏNİB + VİDEO
Şirvanda qətl hadisəsi baş verib.
Report-un xəbərinə görə, hadisə mayın 12-də, gecə saatlarında Şirvan şəhərində qeydə alınıb.
Belə ki, 1933-cü il təvəllüdlü Nadir Əkbərov başın kəsilmiş-deşilmiş yarası ilə ölü vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.
Araşdırma zamanı məlum olub ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ruhi əsəb xəstəsi kimi qeydiyyatda olan, şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkən, I qrup əlil Mirsəkinə Əkbərova tərəfindən öldürülüb.
Faktla bağlı Şirvan Şəhər Prokuyrorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
* * * * *
Şirvan şəhərində yerləşən fərdi yaşayış evində gecə saat 3 radələrində ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, ruhi xəstə 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib.
Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə aparılıb.
Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş dözülməz şəraitdə yaşayırlar. Qətl hadisəsini də onlardan biri törədib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilir, istintaq hərəkətləri həyata keçirilir.
Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işinə başlanılıb, araşdırma aparılır.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!