Xadimə işlədiyi evdən altı min manatlıq qızıl-zinət əşyaları oğurladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |     12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |    

Xadimə işlədiyi evdən altı min manatlıq qızıl-zinət əşyaları oğurladı

Bakının Suraxanı rayonunda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Bu haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əmircan qəsəbəsində 1963-cü il təvəllüdlü İlqar Aqilli adlı şəxsin mənzilindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaları yoxa çıxıb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbiri nəticəsində məlum olub ki, oğurluq hadisəsində zərəçəkən şəxsin evində xadimə işləyən Sultanxanım Əliyevanın (1966-cı il təvəllüdlü) iştirakı olub.

Qeyd edək ki, S.Əliyeva əvvəllər də dələduzluq ittihamı ilə həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

S.Əliyeva saxlanılıb, faktla bağlı cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən gün paytaxtda 22 əmlak oğurluğu qeydə alınıb. Onlardan üçünün üstü açılıb. Həmçinin, əvvəllər baş vermiş 14 oğurluq hadisəsinin üstünü açmaq mümkün olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 050 09.04.20 22:40