Paytaxtın polis orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də 24 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, bunlardan dördü əvvəlki dövrlərdən bağlı qalmış cinayətlər olub.
Qəsdən adam öldürməyə cəhdə görə bir, qəsdən sağlamlığa ağır zərər vurmaya görə bir, narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursat üzrə bir, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində daha 13 faktın açılması təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə altı nəfər saxlanılıb.