Bakıda - Heydər Əliyev prospektində döyülmə faktı qeydə alınıb.
Hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Təxminən, 27-30 yaşlı gənc (şəxsiyyəti hələlik məlum deyil) naməlum şəxs və ya şəxslərlə mübahisə zəminində döyülüb. O, baş və üz nahiyəsindən ağır xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yaralı ilə söhbət zamanı yaddaşında və danışığında problem yarandığı ehtimal edilib. Döyülən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirib, bu səbəbdən də onun kimliyini müəyyən etmək mümkün olmayıb.
Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Polis Bölməsinə dəvət olunub.