Bakıda borcu olan şəxsi bıçaqla hədələyib pulunu aldılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bu şirkət 20 min manat cərimələndi  |     13:55 Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?  |     13:51 Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA  |     13:46 Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb  |     13:23 Ağır qəzada həlak olan şəxs polis zabiti imiş  |     13:09 Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO  |     12:55 Qadını maşına zorla mindirdilər - Əri və oğlu saxlanıldı  |     12:52 İyun 1-dən taksilərdə minimal gediş haqqı 4.50 AZN OLACAQ – KİV  |     12:49 Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”  |     12:48 Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı  |     12:45 Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA  |     12:44 Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar  |     12:44 Qısqanclıq zəminində arvadına 29 bıçaq vuraraq öldürən şəxslə bağlı qərar verildi  |     12:42 Gəncədə gənc oğlan qazdan boğulub öldü  |     12:42 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər - YENİLƏNİB  |     12:40 Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb  |     12:38 Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO  |     12:35 Azərbaycanda yeni vergi növü tətbiq olunacaq  |     12:34 Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıb  |     12:33 Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI  |    

Bakıda borcu olan şəxsi bıçaqla hədələyib pulunu aldılar

Bakıda borcunu vaxtında qaytarmayan kişi bıçaqla hədələnib.

Bu barədə Oxu.Az-a paytaxtın Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatlara görə, 39 yaşlı paytaxt sakini Emin Həmidov 35-ci polis bölməsinə müraciət edib.

O, yanvarın 22-də, saat 16.00 radələrində Admiral Naximov küçəsində tanışları Dilsuz və Anarın onun “Ford” markalı avtomobilinə mindiyini deyib. Ona bıçaqla hücum edərək maşının açarlarını əlindən alıblar. Sonra cinayətkarlar ondan 800 AZN gətirməsini və yalnız bu halda açarları ona qaytaracaqlarını bildiriblər.

E.Həmidovun sözlərinə görə, onun Vasif adlı şəxsə 1000 manat borcu olub və pulu vaxtında qaytara bilməyib. Buna görə Vasif yoldaşları Dilsuz və Anarı onun yanına göndərib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis şübhəli şəxslərin kimliyini müəyyənləşdirib. 33 yaşlı Dilsuz Əli oğlu Zülfiqarov və 31 yaşlı Vasif Vaqif oğlu Əliyev tutulublar. Üçüncü şübhəlinin də şəxsiyyəti müəyyənləşdirilib, lakin onun axtarışı hələ davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 316 25.01.20 18:07