Azərbaycanda arvadını qırmancla döyən kişi barəsində cinayət işi açıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bu şirkət 20 min manat cərimələndi  |     13:55 Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?  |     13:51 Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA  |     13:46 Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb  |     13:23 Ağır qəzada həlak olan şəxs polis zabiti imiş  |     13:09 Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO  |     12:55 Qadını maşına zorla mindirdilər - Əri və oğlu saxlanıldı  |     12:52 İyun 1-dən taksilərdə minimal gediş haqqı 4.50 AZN OLACAQ – KİV  |     12:49 Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”  |     12:48 Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı  |     12:45 Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA  |     12:44 Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar  |     12:44 Qısqanclıq zəminində arvadına 29 bıçaq vuraraq öldürən şəxslə bağlı qərar verildi  |     12:42 Gəncədə gənc oğlan qazdan boğulub öldü  |     12:42 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər - YENİLƏNİB  |     12:40 Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb  |     12:38 Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO  |     12:35 Azərbaycanda yeni vergi növü tətbiq olunacaq  |     12:34 Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıb  |     12:33 Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI  |    

Azərbaycanda arvadını qırmancla döyən kişi barəsində cinayət işi açıldı

Azərbaycanda həyat yoldaşını qırmancla döyən şəxslə bağlı cinayət işçi açılıb.

Əfsanə İsayevanı döyən həyat yoldaşı Səxavət İsayev barəsində Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə (CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) cinayət işi başlanılıb.

Qeyd edək ki, Xızı rayonunda ana və üç övladı itkin düşmüşdü.

Qadının həyat yoldaşı Səxavət İsayev hüquq-mühafizə orqanlarına məlumat verərək, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının doqquz yaşlı qızı Nurcanı, səkkiz yaşlı oğlu Nurlanı və bir yaşlı oğlu Sərxan İsayevi götürərək, yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat vermişdi.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 126 25.01.20 16:11