Mingəçevirdəki silahlı insidentə görə saxlanılanlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Qadını maşına zorla mindirdilər - Əri və oğlu saxlanıldı  |     12:52 İyun 1-dən taksilərdə minimal gediş haqqı 4.50 AZN OLACAQ – KİV  |     12:49 Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”  |     12:48 Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı  |     12:45 Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA  |     12:44 Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar  |     12:44 Qısqanclıq zəminində arvadına 29 bıçaq vuraraq öldürən şəxslə bağlı qərar verildi  |     12:42 Gəncədə gənc oğlan qazdan boğulub öldü  |     12:42 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər - YENİLƏNİB  |     12:40 Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb  |     12:38 Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO  |     12:35 Azərbaycanda yeni vergi növü tətbiq olunacaq  |     12:34 Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıb  |     12:33 Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI  |     12:32 İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb  |     12:22 Sabunçuda motosikletçini avtomobil vurub  |     12:21 Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI  |     12:20 Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər - RƏSMİ  |     12:18 Küçələrdə dilənçilik edən 300-dən çox uşaq aşkarlanıb,valideynləri cəzalandırılıb  |     12:17 Azərbaycanın İrandakı səfirliyi ilə bağlı YENİ QƏRAR  |    

Mingəçevirdəki silahlı insidentə görə saxlanılanlar var

Xəbər verildiyi kimi, yanvarın 20-də Mingəçevir şəhər sakini Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də iş üzrə digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, aparılmış istintaqla, qeyd edilən tarixdə saat 18 radələrində Mingəçevir şəhər sakini Elsevər Quliyevin qohumu Firdovsi Qasımov ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə ilə əvvəllər aralarında baş vermiş münaqişə ilə əlaqədar Ziyad Mirzəyevdən qisas almaq məqsədilə sonuncunun sərnişini olduğu “VAZ 2107” markalı avtomobilin qarşısını kəsərək avtomobildən düşüb üzərində gəzdirdiyi odlu silahdan 2 dəfə atəş açaraq onu yaralamasına, Ziyad Mirzəyev avtomobildən düşüb qaçarkən Elsevər Quliyevin ona doğru üçüncü dəfə atəş açmasına, lakin yaranmış səs-küylə bağlı ətrafa xeyli adamın toplaşması səbəbindən cinayətkar niyyətini başa çatdıra bilmədən gəldiyi avtomobillə hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə E.Quliyevlə qabaqcadan əlbir olan və Z.Mirzəyevi izləyərək onun yeri barədə E.Quliyevə məlumat verən digər qohumu Ülvi İsmayılovun hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanan və hadisə yerindən qaçan Z.Mirzəyevi öldürmək məqsədi ilə üzərində gəzdirdiyi baltanı götürüb onu təqib etməsinə, Z.Mirzəyevin yaşayış binalarının arasında gözdən itməsi və yaranmış əlverişsiz şəraitlə əlaqədar öz cinayətkar niyyətini başa çatdıra bilmədən hadisə yerindən uzaqlaşmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, istintaqla E.Quliyev və Ü.İsmayılovun qabaqcadan əlbir olaraq törətmiş olduqları xüsusilə ağır cinayətin qohumları Nahid Həsənov və Firdovsi Qasımov tərəfindən bilərəkdən gizlədilməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Quliyev və Ü.İsmayılova Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs, F.Qasımov və N.Həsənova isə Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 087 24.01.20 14:33