Azərbaycanda özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:44 Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar  |     12:44 Qısqanclıq zəminində arvadına 29 bıçaq vuraraq öldürən şəxslə bağlı qərar verildi  |     12:42 Gəncədə gənc oğlan qazdan boğulub öldü  |     12:42 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər - YENİLƏNİB  |     12:40 Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb  |     12:38 Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO  |     12:35 Azərbaycanda yeni vergi növü tətbiq olunacaq  |     12:34 Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıb  |     12:33 Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI  |     12:32 İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb  |     12:22 Sabunçuda motosikletçini avtomobil vurub  |     12:21 Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI  |     12:20 Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər - RƏSMİ  |     12:18 Küçələrdə dilənçilik edən 300-dən çox uşaq aşkarlanıb,valideynləri cəzalandırılıb  |     12:17 Azərbaycanın İrandakı səfirliyi ilə bağlı YENİ QƏRAR  |     12:14 Tanışının kirayəyə götürdüyü avtomobili narkotikin təsiri altında sürən şəxs saxlanıldı - FOTO  |     12:13 Abşeronda avtobus qəzaya düşdü: Xəsarət alan var  |     12:12 Azərbaycan neftinin qiyməti 84 dolları ötüb  |     12:11 Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb  |     12:09 Azərbaycanda rejissor 41 yaşında vəfat etdi  |    

Azərbaycanda özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edildi

“Kanal13”ün “YouTube” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı Daxili Daxili İşlər Nazirliyinin mühafizə xidmətinin rəisi kimi təqdim etmiş Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hələ keçən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edib.

Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb. Odur ki, 25.11.2019-cu il tarixdə DİN BMCMİ-də Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb.

Bundan iki gün sonra B.Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad RPŞ-yə müraciət edə bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 148 24.01.20 12:16