Azərbaycanın keçmiş Baş prokuror müavini yenidən məhkəmə qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:30 Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO  |     15:16 Bakıda iki il əvvəl yoxa çıxan kişi TAPILDI  |     15:14 Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda həbs olundu  |     15:12 Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan yolu açılıb  |     15:08 Məşhur aparıcı AzTV-dən getdi  |     13:57 Bu şirkət 20 min manat cərimələndi  |     13:55 Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?  |     13:51 Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır - FAKTİKİ HAVA  |     13:46 Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb  |     13:23 Ağır qəzada həlak olan şəxs polis zabiti imiş  |     13:09 Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO  |     12:55 Qadını maşına zorla mindirdilər - Əri və oğlu saxlanıldı  |     12:52 İyun 1-dən taksilərdə minimal gediş haqqı 4.50 AZN OLACAQ – KİV  |     12:49 Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”  |     12:48 Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı  |     12:45 Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA  |     12:44 Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar  |     12:44 Qısqanclıq zəminində arvadına 29 bıçaq vuraraq öldürən şəxslə bağlı qərar verildi  |     12:42 Gəncədə gənc oğlan qazdan boğulub öldü  |     12:42 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər - YENİLƏNİB  |    

Azərbaycanın keçmiş Baş prokuror müavini yenidən məhkəmə qarşısında

Bakıda dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərov yenidən məhkəmə qarşısına çıxacaq.

O, barəsində olan hökmdən narazıdır və kassasiya şikayəti verib.

Ali Məhkəməyə müraciət edən M.Cəfərov bəraət istəyir.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik bəlli deyil.

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Cəfərov altı il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.

Xatırladaq ki, M.Cəfərov Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. Həmçinin o, Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 282 22.01.20 18:15