Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
1995-ci il təvəllüdlü Abbaszadə Mürsəl Tahir oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı 1 saylı Şəhər Kliniki Mərkəzə çatdırılıb.
Onun üç bıçaq yarası aldığı müəyyən edilib. O, dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti ağırdır.
Hadisənin səbəbi və cinayətkarın axtarışları üzrə Səbail rayonu polis idarəsində araşdırma aparılır.