“Rıjiy Tofiq” Bakıda silahla tutuldu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:32 Pelleqrini: Baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükədir  |     21:23 Tbilisidə etiraz aksiyasında polisə hücum edən şəxs həbs olunub  |     21:15 “Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib  |     21:11 Küveytdə yeni hökumət and içib  |     21:04 Lənkəranda poçt şöbəsindən oğurluq edilib  |     20:58 "Formula 1" pilotu "Uilyams"la müqavilə müddətini uzadıb  |     20:50 Bu il Azərbaycan ərazisindən daşınan yüklərin həcmi açıqlanıb  |     20:44 Fransada keçiriləcək olimpiadanın büdcəsi tükənir  |     20:39 Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti olacaq  |     20:30 Nazir müavini: “Azərbaycanın regionlarında “Belarus” mağazaları açılacaq”  |     20:24 G7 ölkələrinin sammitində Azərbaycanın COP29-a hazırlıqla bağlı gördüyü işlərdən danışılıb  |     20:17 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     20:09 Kim Çen In taktiki raket sistemi ilə tanış olub  |     20:02 ABŞ Dövlət Departamenti Rumıniyaya AIM-9X raketlərinin satışını təsdiqləyib  |     19:57 Bakıda qadını avtobusda izləyib əxlaqsız hərəkətlər etdi - VİDEO  |     19:18 Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadıldı  |     19:16 Direktor müavini mühafizəçini döyərək öldürübmüş - DETALLAR  |     19:11 Paşinyan Azərbaycanla sülh prosesi haqqında: “Kosmosa uçuşlar da qeyri-real görünürdü”  |     18:17 Direktor müavini mühafizəçini döyərək öldürübmüş - DETALLAR  |     18:11 Bakının bəzi ərazilərində zibil qutuları yolda hərəkətə mane olur - VİDEO  |    

“Rıjiy Tofiq” Bakıda silahla tutuldu - FOTO

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.

Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş “Rıjiy Tofiq” adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub.

Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” konstruksiyalı atəşə yararlı tapança, bir ədəd həmin silaha məxsus daraq, beş ədəd patron və bir büküm ümumi çəkisi 0,529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 626 03.01.20 14:02