Azərbaycanda qadın ayaqqabısının dabanından unikal məqsəd üçün istifadə etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:05 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:52 Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib  |     16:29 “Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA  |     16:09 Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO  |     16:06 “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib  |     15:27 Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var  |     15:12 Azərbaycan iki nazirə yeni səlahiyyət verilib - SƏRƏNCAM  |     15:11 Azərbaycanda hakim intihar etdi  |     15:10 Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı  |     15:09 Üç dünya lideri Bakıya dəvət olunub  |     15:07 Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?  |     15:04 Azərbaycanda makler və övladları bıçaqlandılar  |     14:58 Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü  |     14:57 Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır  |     14:56 Azərbaycan neftinin qiyməti 90 dolları ötüb  |     14:54 Azərbaycan hərbçiləri İtaliyada - FOTO  |     14:51 Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü  |     14:48 Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB  |     14:46 Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb  |     14:45 Xankəndidə silah və sursatlar aşkarlanıb  |    

Azərbaycanda qadın ayaqqabısının dabanından unikal məqsəd üçün istifadə etdi - FOTO

İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında narkotik vasitə keçirən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxt sakini İlhamə Kərimova metronun Həzi Aslanov stansiyasının yaxınlığında polislər tərəfindən saxlanılıb.

Onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı İlhamə Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək gizli yolla gətirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,əməliyyat tədbirləri davam etdirilir.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 820 25.12.19 12:58