Gəncə şəhərində ata oğlunu bıçaqlayıb.
Şəhər sakini, 1961-ci il təvəllüdlü Vilayət Quliyev ailədaxili mübahisə zəminində hörgü baltası ilə öz yaşadığı evi dağıtmaq istəyib.
Həyat yoldaşı və oğlu V.Quliyevin bu hərəkətinin qarşısını almaq istəyib. Əsəbi olan V.Quliyev oğlu 1986-cı il təvəllüdlü Samir Quliyevə sol qol nahiyəsindən bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.