Median.Az xəbər verir ki, Səbail RPİ 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də rayon ərazisindəki evdən 5500 manat dəyərində qızıl-zinət əşyaları, 200 manat və 100 avro pul oğurlayan Bakı şəhər sakini F.Allahverdiyev saxlanılıblar.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.