Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsinə müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova, oktyabrın 5-i səhər saat 4 radələrində evinə daxil olmuş 5 nəfərin ona fiziki zor tətbiq edərək, oradan 400 manat və mobil telefon aparmalarını bildirib.
Bakı ş. Baş Polis İdarəsi (BPİ) və Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini H.Həsənov saxlanılıb.
Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.