Ölkəyə qeyri-qanuni gətirilən narkotik, siqaret və kosmetik vasitələr ələ keçirilidi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Livanın Baş naziri Türkiyəyə səfər edəcək  |     22:57 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:50 Tusk: Polşanın Ukraynaya kömək etmək üçün çox imkanı qalmayıb  |     22:42 "Ölkədə 4-cü inqilab cəhdinin qarşısını aldıq"  |     22:32 Bakıda qadını başına daşla vurub öldürdülər  |     22:14 Azərbaycanda evlənmək istəyənlərin sayı azalıb  |     22:07 Tbilisidə etiraz aksiyaları davam edir  |     21:21 Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ  |     21:14 Kimlər pulsuz dərman ala biləcəklər -VERİLMƏ TARİXİ VƏ SİYAHI  |     21:05 Avropa # Avropa Polşa Ukraynaya 100 milyon avro həcmində yardım ayırmaq qərarına gəlib  |     20:30 Azərbaycanda təhsil bahalaşır: Səbəb və çıxış yolu nədir?  |     20:21 Zurabişvili sabah Avropa Parlamentində çıxış edəcək  |     20:13 İsveçdə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək  |     20:06 Xəzərdən gələn TƏHLÜKƏ: Bakıya XƏBƏRDARLIQ! Yanvar ayında...  |     20:00 Adelin bu mahnısı bütün dünyada qadağan edildi  |     19:52 Sumqayıtda yaşayış binasının zirzəmisində yanğın baş verib - VİDEO - YENİLƏNİB  |     19:52 Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə çağırıb  |     19:41 Salyanda 19 yaşlı qadın dəm qazından boğulub  |     19:12 Bakıda kişi özünü binanın damından atdı  |     18:51 Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək  |    

Ölkəyə qeyri-qanuni gətirilən narkotik, siqaret və kosmetik vasitələr ələ keçirilidi

Dövlət Gömrük Komitəsi əməkdaşları ölkəyə qeyri-qanuni olaraq gətirilmək istənən əşyalar aşkarlayıblar.

DGK-dan verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında iki nəfər Azərbaycan Respublikasının vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.

Sorğu-sual zamanı vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər. Bundan sonra vətəndaşların gətirdiyi yüklər rentgen aparatından keçirilib.

Yoxlama nəticəsində vətəndaşlardan birinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından və kiçik ölçülü əl çantasının içərisindən gömrük nəzarətindən gizlədilən yapışqanlı lentə sarılmış 2 büküm aşkarlanıb. Bükümlərin birində 30 ədəd, digərində isə 11 ədəd üzərində “F/M40” nişanəsi olan açıq qəhvəyi rəngli “metadon” adlı dərman preparatı aşkarlanıb.

Şəxsi yoxlama zamanı isə həmin vətəndaşın üzərindəki şalvarın kəmərinin altından, yapışqanlı lentə sarılan daha bir büküm aşkarlanıb. Bükümə baxış zamanı içərisində 30 ədəd “F/M40” nişanəsi olan açıq qəhvəyi rəngli “metadon” adlı dərman preparatı olduğu məlum olub.

Qeyd edək ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Bundan əlavə sözügedən postda İran İslam Respublikasından gələn daha bir Azərbaycan Respublikası vətəndaşının özü ilə gətirdiyi əl yükləri piyada keçid xəttindəki rentgen yoxlama qurğusundan keçirilən zaman şübhəli cizgilər müşahidə olunub.

Şifahi sorğu-sual zamanı vətəndaş əl yüklərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı müxtəlif şüşə qab-qacaq olan 5 qutunun içərisində gömrük nəzarətindən gizlədilən, üzərində “Manchester” yazılan 6400 ədəd siqaret aşkarlanıb.

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında isə Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsində sərnişinlər üçün nəzərdə tutulan oturacaqların altındakı boşluqda, ehtiyat hissələrin altında qara polietilen paketə bükülən 2 ədəd karton qutuda və 3 ədəd paketdə 17 adda, ümumilikdə 243 ədəd kosmetik vasitə aşkar edilib.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 334 26.09.19 19:34