Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan | 16:47 Saray körpüsündə zəncirvari qəza: Üç avtomobil toqquşdu | 16:40 Azərbaycan əhalisinin sayı açıqlandı | 16:31 Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir | 16:25 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto | 16:14 Evlənən və boşananların sayı açıqlandı | 16:07 Rusiya Polşanın hava məkanını pozdu: Hökumət xüsusi müşavirə çağırdı - Foto/Video |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda əmək haqqı doqquz faizədək artıb

08.08.2019 23:59 2 916
Azərbaycanda əmək haqqı doqquz faizədək artıb
2019-cu il iyulun 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 1613,7 min nəfər olub. Sputnik Azərbaycan-ın Statistika Komitəsinə istinadən xəbərinə görə, onlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,6 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2019-cu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 585,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Son xəbərlər