Mojo.az Banner
23:02 Hər gün yoqurt yesəniz, bağırsaqda nə baş verər?  |     22:54 Goranboyda minik maşını traktora çırpıldı, xəsarət alan var  |     22:48 Məsumə Babayevanın dəfn yeri və vaxtı məlum oldu  |     22:40 İraq əcnəbi məhbusları ölkələrinə təhvil verəcək  |     22:36 Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır  |     22:29 Neftçalada yanvar faciəsinin şahidi: Əsgərlərin vəhşiliyini sözlə ifadə etmək çətindir  |     22:24 Şirvanda 36 yaşlı şəxs toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb  |     22:06 Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT (Video)  |     21:58 Qurban Qurbanov: "Bəhlula Çin klublarından təkliflər var"  |     21:44 Salyan sakini dəm qazından boğularaq ölüb  |     21:43 Saxta vəkil ifşa olundu, iki min manat cərimələndi  |     21:29 "Şerloks"da ad günü keçirən şəxs həbs olunub: "Hesab artıq gəlib..."  |     21:21 Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur?  |     21:16 Bazar günü Bakıda 8 dərəcə isti olacaq  |     21:09 Azərbaycanla Çin arasında 5 milyardlıq ticarət dövriyyəsi  |     21:04 Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb  |     20:56 ABŞ Azərbaycana hansı hərbi məhsullar satacaq?  |     20:51 84 yaşında da gündəmdə: Flora Kərimovanın arxiv görüntüləri (Video)  |     20:42 Ucuz və etibarlı: Yeni başlayanlar üçün ən yaxşı 10 avtomobil  |     20:35 Qara və ya yaşıl çay: Orqanizm üçün hansı daha faydalıdır?  |    
Left Banner
Right Banner

Buğda idxalı ciddi artıb: Qiymətlərlə bağlı şübhələr var

29.05.2019 17:52 2 235
Buğda idxalı ciddi artıb: Qiymətlərlə bağlı şübhələr var
Ekspert: "Azərbaycanda əsasən də çörəkdə kəskin və nəzərəçarpacaq qiymət artımı müşahidə olunmayıb"

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 117 milyon ABŞ dolları məbləğində 518 min 704 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 46 milyon 109 min dollar (65%), həcm baxımından isə 111 min 862 ton (27,5%) çoxdur. Ötən dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,6%-ni təşkil edib.

Buğda idxalında artım ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda yerli buğda növləri tələbatı ödəmək üçün kifayət deyil: "Burada keyfiyyət və məhsuldarlıq problemi var. Ona görə də daha keyfiyyətli məhsulların Rusiyadan, Ukraynadan, Qazaxıstandan idxal edib un üyütmə prosesində onlardan istifadə etmək məcburiyyəti yaranır. Dəyirmanlarda 100 kiloqram buğdanı keyfiyyətli una çevirmək üçün ona maksimum 30 kiloqram əlavə Azərbaycan buğdası qatılır. Bu, Azərbaycan buğdasının keyfiyyətinin aşağı olmasından qaynaqlanır".

"Azərbaycanda əhalinin, ölkəyə gələn turistlərin sayı artdıqca istehlak da artır. İstehlak artdıqca un və un məmulatları üçün xaricdən daha çox keyfiyyətli buğda gətirmək zərurəti yaranır. Ona görə də Azərbaycana xaricdən gətirilən buğdanın həcmi hər il artır. Bu ilin 4 ayında da ciddi artım qeydə alınıb" – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, buğda idxalında artımın qiymətlərə müəyyən təsiri olub: "Bir müddət öncə un məmulatların qiymətində artım müşahidə olunurdu. İdxaldan asılılıq olduğu üçün xaricdə qiymət dəyişikliyi baş verən zaman bu, Azərbaycanda qiymətlərə təsir edir. Azərbaycanda əsasən də çörəkdə kəskin və nəzərəçarpacaq qiymət artımı müşahidə olunmayıb. Çünki istehsalçılar çörəyə bir az spesifik yanaşır. Əhalinin qiymətlərə həssas olduğunu nəzərə alan istehsalçılar qiyməti artırmır, çörəyin çəkisini azaldır. İdxaldan asılılıq yüksək olduqca xaricdə qiymət dəyişkənliyi istər-istəməz bir müddət sonra Azərbaycanda da qiymətlərə təsir edir".


Qeyd edək ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci ilədək vergidən azad olunub. Bununla bağlı Azərbaycan Prezidenti Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu mart ayında imzalayıb. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.
//sputnik.azскачать dle 11.3