Azərbaycanda Çindən konteyner daşımaları üçün hub yaradıla bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:29 Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir  |     12:25 Ötən il 58 kişi gender əsaslı zorakılığa məruz qalıb - FOTO  |     12:22 Bakıda məşhur hotel bağlandı - VİDEO  |     11:47 İranda ard-arda zəlzələlər olub  |     11:40 Gecə Bakıda çoxmərtəbəli binada yanğın olub  |     11:33 Azərbaycanda gənc ana doğuşdan sonra ölüb  |     11:25 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb  |     11:02 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |    

Azərbaycanda Çindən konteyner daşımaları üçün hub yaradıla bilər

“Rusiya Dəmir Yolları” ASC Çindən Bakıya müntəzəm konteyner daşımaları təşkil etməklə Azərbaycan ərazisində paylayıcı hub yaratmaq təklifini irəli sürüb.

Median.Az
xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları"nın baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozerov Bakıda “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla görüşü zamanı bildirib.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı müştərək tədbirlərin müzakirə olunduğu görüşdə Bakı-Tbilisi- Qars dəmir yolunun imkanlarını yüksək qiymətləndirən rusiyalı qonaq bu yolun imkanlarından daha dolğun istifadə etmək üçün müvafiq nəqliyyat vasitələri və yüklər təqdim etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Şimal-Cənub dəhlizinin inkişafından söhbət açan baş direktor bu istiqamətdəki daşımalar üçün əsas tarifləri və logistika göstəricilərini işləyib hazırladıqlarını, əlavə yüklər cəlb etmək üçün Hindistan şirkətləri ilə danışıqlar apardıqlarını bildirib. “Eyni zamanda İranda Rəşt-Astara xəttinin tikintisi də müntəzəm daşımaların illik həcmini 100 min TEU həddinə çatdırmaq imkanı yaradardı”, - deyə "Rusiya Dəmir Yolları"nın məlumatında göstərilir.

Tərəflər elektron əməkdaşlığın da əhəmiyyətini qeyd ediblər. O.Belozerov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında göndərilən yüklərin keçən il 50%-i elektron yolla rəsmiləşdirildisə, hazırda bu göstərici 87%-ə çatıb.

C.Qurbanov "Rusiya Dəmir Yolları"nı "Azərbaycan Dəmir Yolları" üçün əsas tərəfdaş olaraq qaldığını deyib: "İstər əməkdaşların səriştəsi, istərsə də Rusiya dəmir yollarının inkişaf səviyyəsi bizim dəmiryolçular üçün gözəl nümunədir". O, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların bundan sonra da müsbət dinamikasını saxlayacağına, birgə layihələrin həyata keçiriləcəyinə əmin olduğunu vurğulayıb.

Görüşdə sərhəd-gömrük prosedurlarını daha da təkmilləşdirmək, Bakı- Mahaçqala sərnişin qatarını açmaq imkanlarını araşdırmaq üçün hakimiyyət qurumları ilə birgə fəaliyyəti davam etdirmək barədə razılıq əldə olunub.//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 067 06.05.19 20:37