Bu il Azərbaycana daha çox ərəb gələcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:37 Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU  |     12:29 Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir  |     12:25 Ötən il 58 kişi gender əsaslı zorakılığa məruz qalıb - FOTO  |     12:22 Bakıda məşhur hotel bağlandı - VİDEO  |     11:47 İranda ard-arda zəlzələlər olub  |     11:40 Gecə Bakıda çoxmərtəbəli binada yanğın olub  |     11:33 Azərbaycanda gənc ana doğuşdan sonra ölüb  |     11:25 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb  |     11:02 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |    

Bu il Azərbaycana daha çox ərəb gələcək

Azərbaycan nəqliyyat və ticarət əlaqələrinin güclənməsilə Körfəz ölkələrindən gələn turistlərin sayında 20 faiz artıma nail olmağı hədəfləyir.

Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid “The National” saytına müsahibəsində deyib.

F.Zenqstşmid bildirib ki, 2018-ci ildə Azərbaycana gələn ərəb turistlərin sayı 30 faiz artaraq 200 min nəfərə çatıb:

"Bu, ümumilikdə ölkəyə gələn 2,8 milyon turistin 8 faizi deməkdir. Ərəb körfəzi ölkələri Azərbaycana turist axınına görə Rusiya və Gürcüstandan sonra üçüncü yerdədir. Ərəb turistlərin sayının 2019-cu ildə daha da artacağı və 240 minə çatacağı təxmin edilir”.

Baş icraçı direktor qeyd edib ki, Körfəz ölkələri Azərbaycan üçün olduqca vacib bazardır. Güclü mədəni əlaqələr və birbaşa aviareyslər turist axınına əsas verir:

"Son iki ildə Körfəz ölkələrinin “Emirates”, “Etihad Airways”, “Flydubai” və “Air Arabia” kimi aviaşirkətləri Bakı və Qəbələyə birbaşa xəttlər açıb. Azərbaycan sürətlə böyüyən daşınmaz əmlak, istehsal və xidmət sənayelərinə investisiya yatıran potensial müştərilər də daxil olmaqla Körfəz ölkələrindən biznes turizmi də cəlb etməyi planlaşdırır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 573 01.05.19 22:30